Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Cəmiyyət » Bərdə sakini, Vaqif Müslümzadə prezidentə şikayət ərizəsi ünvanlayıb.

Bərdə sakini, Vaqif Müslümzadə prezidentə şikayət ərizəsi ünvanlayıb.

Boyukmillet.com olaraq ərizəni olduğu kimi təqdim edirik.
Azərbaycan Respublikası Prezidenti
İlham Əliyev Cənablarına

Surəti: Azərbaycan Respublikası Baş Naziri
Cənab Əli Əsədova

Surəti: Azərbaycan Respublikası Milli Məclisin      Sədri Sahibə Xanım Qafarovaya

Bərdə rayonu Kələntərli kənd sakini
Yeni Azərbaycan Pariyasının Fəal və Gənc  üzvü Müslümzadə Vaqif Məhəmməd oğlu
tərəfindən

Ə r i z ə

Yazaraq Sizə bildirirəm ki,mən yuxarıda göstərilən ünvanda yaşayıram.Yaşadığım rayonda bütün işlərdə ictimai fəal olaraq könüllü iştirak edirəm.Uzun müddətdir Bərdə rayon Məşğulluq Mərkəzində adım işsiz kimi qeydiyyatda olsa belə məni işlə təmin etmirlər.Dəfələrlə müraciət etməyimə baxmayaraq,elektron sistemdə vakansiya olmağına baxmayaraq mənə şöbə müdiri Bilman Şadliniski vakansiya olmadığını bildirir və yaxud mənə kinayəli olaraq deyir ki,get süpürgəçi işlə yəni kommunal idarədə.Mənə çox maraqlıdır ki,e-sosial.az saytında yerləşdirilən vakansiyalar hansı yolla kimlərə verilir?
Sonuncu dəfə 01.03.2021-ci il tarixdə yenə müraciət etsəmdə məni başlarından etməkdən ötrü bildirdi ki,ya vakansiyanı izlə yada ki,kommunal idarəyə müraciət et.
Vakansiyanı izləyərək sonuncu Ağdam Magistral qaz idarəsinə vakansiya olduğunu gördüm və ora müraciət etmək üçün yenidən məşğulluq mərkəzinə yollandım.Orada isə mənə bildirdilər ki,həmin idarədən tərkib haqqında arayış al.Mən isə idarə rəhbərliyinə müraciət etdim o mənə qısaca bildirdi ki,tərkib arayışı nədir get sadəcə məşğulluqdan göndəriş al gəl məni səni işə qəbul edim. Yenidən məşğulluq mərkəzinə qayıdıb həmin idarənin rəhbərinin mənə bildirdiyini onla söylədim.Onlar yalandan mənə vədlər verib məni yubadaraq məni başdarından etdilər.Bu şəxslər rayon böyük postlar tutublar.Bunlara yazmaq belə qorxulur.Amma mən heç bir şeydən qorxumuram.
Dahi Şəxsiyyət ümumilli liderimiz xalq qarşısında ən böyük xidmətlərindən biri Azərbaycanın bu günü,sabahı və gələcəyi üçün Cənab Prezident İlham Əliyevi layiqli varis hazırlamışdır. Azərbaycanın bu günki inkişafı son vaxtlar əhalinin sosial müdafiəsini gücləndirilməsi yönəldici sərəncamlar və işğal olunmuş Dağlıq Qarabağ ərazilərimizi işğaldan azad etmişdir.Biz İctimai fəal olaraq Cənab Prezidentimizə güvənirik.İctimai fəalların güman yeri Cənab Prezidentimizdir.Ümumi Liderimiz Siyasi varis seçiminin nə qədərdə düzgün olduğunu Dövlət Başçısının xalqının arxasında dayandığını və Prezident İlham Əliyevin dahiliyini sübut etdi.
Bilman Şadliniskinin məqsədi nədir?Nə səbəbə vakansiya ola-ola vətəndaşları işlə tələb etmir?Onları yalandan vədlər verərək başından edir.Nə səbəbə Cənab Prezidentimizlə xalq və gənclər arasında nifaq toxumları səpərək xalqı,gəncləri dövlətə qarşı qoyurlar.Nə səbəbə hər bir kiçik məsələdən ötrü Dövlət Nümayəndələrinə və ən əsasda Cənab Prezidentimizə müraciət etməliyik?
Sizdən artıq dərəcədə xahiş edirəm,komissiya təşkil olunsun,Bərdə rayonu Məşğulluq Mərkəzinin qeyri qanuni olaraq vakansiyanı kimlərə verdikləri araşdırılsın və həmin şəxslər cəzalandırılsın.Mənim isə aydiyyatı üzrə bir işlə təmin olunmağıma öz köməkliyinizi edəsiniz.Ümidvaram ki,müraciətimə qanuni şəkildə baxılıb icra olunacaq.

Vaqif Müslümzadə
Bərdə, Kələntərli kəndi.

Check Also

Baş Prokurorluq Şuşaya səfər etmək istəyənlərə müraciət ünvanlayıb

Baş Prokurorluq Şuşa şəhərinə səfər etmək istəyən vətəndaşlara müraciət ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı …