Çərşənbə , 25 May 2022
Home » Cəmiyyət » Bərdədə “15 May – Beynəlxalq Ailə Günü” mövzusunda tədbir keçirilib

Bərdədə “15 May – Beynəlxalq Ailə Günü” mövzusunda tədbir keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bərdə rayon “Allah-Allah” türbəsində “15 May – Beynəlxalq Ailə Günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti, Bərdə Regional Mədəniyyət İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi, YAP Bərdə rayon Təşkilatı, Asan-xidmət və digər dövlət orqanlarının kollektivi, gənc, nümunəvi və yaradıcı ailələr iştirak edib.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova iştirakçıları salamlayaraq qeyd edib ki, BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən hər il mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd edilir. O bildirib ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də, ailə siyasətidir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran regional idarənin rəisi diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Həmçinin regional idarənin rəisi diqqətə çatdırıb ki, idarənin əhatə etdiyi şəhər və rayonların bütün mədəniyyət müəssisisələrində dövlət ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edənlər vurğulayıb ki, bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Həmçinin çıxışlarda ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının sirrlərindən danışaraq, qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələrin daha uzunömürlü və xoşbəxt olması xüsusilə qeyd edilib.
Tədbir Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam edib. Rayon incəsənət xadimlərinin ifalarında səsləndirilən musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Check Also

Nefçala rayonunda şəhid ailələri üçün tədbir keçirilib

23 may 2022- ci il tarixdə Neftçala şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin …