Çərşənbə axşamı , 28 İyul 2020
Home » Gündəm » Badamlı mineral suyu müasir zavod kompleksində istehsal olunacaq

Badamlı mineral suyu müasir zavod kompleksində istehsal olunacaq

boyukmillet.com xəbər verir ki, sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Badamlı” Mineral Sular Zavodunun inşası ilə maraqlanıb. 

Bildirilib ki, zavodda və ikimərtəbəli inzibati binada əsas tikinti işləri başa çatdırılıb. Zavodun ərazisinə asfalt örtük salınmış, Badamlı suyunun mənbəyi yenidən qurulmuşdur. Su öz axını ilə zavoda veriləcəkdir. Xammal anbarı, istehsal və hazır məhsul sahələrindən ibarət olacaq zavodda Fransanın “SİDEL” şirkətinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılır. Üç istehsal xətti olacaq zavodda qazlı və qazsız olmaqla müxtəlif ölçülü qablaşdırmada 15 növdə Badamlı suyu istehsal ediləcəkdir. İstehsal prosesi tam avtomatlaşdırılacaq, məhsulların keyfiyyəti nəzarətdə saxlanılacaqdır. İstifadəyə verildikdən sonra zavodda 200-ə yaxın iş yeri açılacaqdır.

Ali Məclisin Sədri zavodda işlərin ilin sonuna qədər başa çatdırılması, ərazinin abadlaşdırılması və yaşıllıqların salınması barədə tapşırıqlar verib.

Check Also

DYP-nin saxta sübut əsasında yazdığı 60 manat cərimə və 3 bal – Məşhur 104-cü otaq yenə öz işindədir…

Tanınmış jurnalist Məhəmmədəli Qəribli DYP-nin qanunsuz hərəkəti ilə bağlı sosial şəbəkələrdə geniş yazı ilə çıxış edib. …