Bazar ertəsi , 6 Dekabr 2021
Home » Daxili siyasət » Bahar Muradova bəzi deputatları tənqid edib: “Deyirdilər kişi gedib ikinci arvad alsın”

Bahar Muradova bəzi deputatları tənqid edib: “Deyirdilər kişi gedib ikinci arvad alsın”

“Parlamentdə “Reprotuktiv sağlamlıq haqqında” qanunun müzakirəsi zamanı kişinin əgər uşağı yoxdursa, getsin ikinci arvad alsın deyən deputatlar var idi”.

Boyukmillet.com xəbər verir ki, bunu Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Komitə sədri həmin müzakirələr zamanı belə halların şahidi olduğunu bildirib: “Parlamentdə “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuluna qarşı olan kişi deputatlar var idi. Mən o müzakirələrin iştirakçısı olmuşam”.

B.Muradova söyləyib ki, “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbulu vacibdir: “Orada qadınların hüquqlarının qorunması ilə bağlı maddələr də mövcuddur. Bu gün sığınacaqlarda olan qadınlar var. Onlar hansı şəraitdə və necə qaçıblar? Əgər qadın evdən zorakılığa məruz qaldığı üçün qaçırsa, biz onu gücləndirməklə qadına olan təzyiqi azalda bilərik”.

Check Also

İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib

Quba-Qonaqkənd avtomobil yolunun açılışı olub. Boyukmillet com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci …