Çərşənbə , 16 İyun 2021
Home » Cəmiyyət » Bakı Gənclər Mərkəzi “Uşaqlar günü”nə həsr olunmuş konsert təşkil etdi – Foto

Bakı Gənclər Mərkəzi “Uşaqlar günü”nə həsr olunmuş konsert təşkil etdi – Foto

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Bakı Gənclər Mərkəzi tərəfindən Sabunçu rayon Heydər Əliyev adına istirahət parkında bayram konserti təşkil olunub.

Konserti giriş sözü ilə açan Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva uşaqları təbrik edərək, onların Azərbaycanın gələcək inkişafındakı rolunu xüsusilə vurğulayıb. Konsertdə Həyat Rəqs Ansamblının üzvləri öz maraqlı rəqs nömrələri ilə çıxışlar edərək, bayrama daha da rəng qatdılar.

Ansamblın üzvləri fəxri diplomlarla təltif olundular.

Əziz uşaqlar, bayramınız mübarək!

Check Also

Sabiq deputat Rafael Cəbrayılovun məhkəməsinin vaxtı məlum olub

Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub. Boyukmillet.com …