Şənbə , 19 Aprel 2025
Drone Cameras

Bakı küçələri gündə iki dəfə yuyulacaq

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında isə saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçələri yuyulacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bundan əlavə gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaq.

Check Also

Hacı Vəliyevin həbs müddəti uzadılıb

Vəkili bildirib ki, Qarabağ qazisi həbsdə müalicəsini davam etdirə bilmir Xətai Rayon Məhkəməsi “Gənc Qazilər” …