Cümə axşamı , 29 İyul 2021
Home » İNFRASTRUKTUR » Bakı Limanının yük dövriyyəsi 19% artıb

Bakı Limanının yük dövriyyəsi 19% artıb

Bu ilin yanvar-may aylarında paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Limanının yük dövriyyəsi 2,5 milyon tondan çox olub.

Boyukmillet.com xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin departament rəisi Xudayar Həsənli bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.

Xatırladaq ki, 2020-ci ildə Bakı Limanının yük dövriyyəsi 4,8 milyon ton təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 20% çoxdur.

Check Also

Naxçıvanda I yarımildə 572 milyon manatlıq sənaye məhsulu istehsal olunub

Bu ilin I yarısında Naxçıvan MR-da 572,25 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu barədə Boyukmillet.com yerli …