Şənbə , 25 Sentyabr 2021
Home » hadisə » Bakı metrosunda problem yaranıb, sərnişinlər tuneldə qalıb

Bakı metrosunda problem yaranıb, sərnişinlər tuneldə qalıb

“Bakı Metropoliteni” QSC-də qatarların hərəkətində problem yaranıb.

Boyukmillet.com xəbər verir ki, “Həzi Aslanov” – “Dərnəgül” xəttində – “28 may” və “Nizami” stansiyaları arasındakı tunellərdə qatarlar qalıb.

Buna səbəb həmin xətdə gərginliyin itməsidir. Son nəticədə “Cəfər Cabbarlı” və “Şah İsmayıl Xətai” stansiyaları arasında da qatarların hərəkəti çətinləşib və bir qatar tuneldə qalıb.

Məsələ ilə bağlı Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, problemlə bağlı araşdırma aparılır.

“Nizami-İnşaatçılar” sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur”, – deyə o, qeyd edib.

Check Also

Bakıda qazinin pulu və medalı oğurlanıb

Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin (DİN) “102″ Xidməti Zəng …