Cümə axşamı , 18 Avqust 2022
Home » Manşet » Bakı metrosunda qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə matəm fiti verib

Bakı metrosunda qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə matəm fiti verib

Bu gün saat 12:00-da “Bakı Metropoliteni” QSC-də qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq matəm fiti verib.

Bu barədə  qurumdan bildirilib.

Məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hazırda Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırıldığı üçün anım mərasimi yalnız “Nərimanov” elektrik deposunda baş tutub. Matəm fiti deponun yollarında yayılıb. Səhmdar cəmiyyətinin rəhbərliyi və kollektivin nümayəndələri burada canını Vətənə fəda etmiş bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra depoda metropolitençi şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Check Also

Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistana xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə …