Bazar ertəsi , 2 Oktyabr 2023

Bakı polisinə yeni rəis müavini təyin edildi

Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinat olub.

Boyukmillet.com-un xəbərinə görə, polis polkovniki Vüqar Ələkbərov BŞBPİ rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsinə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Teymur Hacıyev tuturdu. Bir neçə gün əvvəl polis general-mayoru Teymur Hacıyev vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilmişdi.

Check Also

İSBAM sədri qazilərlə görüşüb – FOTOLAR

“Bu gün Şirvan şəhərində bir qrup qazilərimizlə görüşdüm”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Mia.az-a İctimai Siyasi …