Bazar ertəsi , 25 Sentyabr 2023

Bakı Şəhəri Reklam İdarəsi sığortaçı seçir

Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.

Boyukmillet.com xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 6-sı, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 16-sı, saat 10:00-a qədər idarənin Bakı şəhəri, Nəsimi rayonu, Füzuli kücəsi, 37 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə oktyabrın 17-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Check Also

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.09.2023)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 …