Çərşənbə axşamı , 2 Mart 2021
Home » hadisə » Bakıda 20 Yanvar günü havaya fişəng atan şəxs tutuldu

Bakıda 20 Yanvar günü havaya fişəng atan şəxs tutuldu

Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

Check Also

Bakıda 55 min manatlıq dələduzluq edən ata və oğula cinayət işi açılıb

Prokurorluq kütləvi informasiya vasitələrində yayılmış daha bir müraciət üzrə cinayət işi başlanılıb. Bu barədə  Baş …