Çərşənbə axşamı , 28 Noyabr 2023

Bakıda ardıcıl iki yol qəzası baş verib

Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportuna aparan avtomobil yolunda ardıcıl iki yol qəzası qeydə alınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, qəzalardan biri “Buta Palace” yaxınlığında, zəncirvari formada baş verib. Qəza yolda sıxlığa səbəb olub.

Bundan başqa, “Baku Expo” mərkəzi yaxınlığında “Ford” markalı yük avtomobili aşıb. Bu qəza da yolda sıxlıq yaradıb.

Check Also

Ermənilərin Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni …