Bazar ertəsi , 18 Oktyabr 2021
Home » hadisə » Bakıda avtobus qəzası: Ölən və yaralananlar var

Bakıda avtobus qəzası: Ölən və yaralananlar var

 Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.


Bakı Nəqliyyat Agentliyindən verilən məlumatına görə, Mərdəkan istiqamətində hərəkət olan 99 DH 343 DQN-lı “Shacman” markakı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.

***

Bakıda yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 20 nəfər xəsarət alıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından “Report”a verilən məlumata görə aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 08:00 olan məlumata əsasən 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər – 3 saylı KŞX-ya) çatdırılıb.

Check Also

Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə icazəsiz …