Bazar , 21 İyul 2019
Home » Cəmiyyət » Bakıda avtoyuyucu müştərinin avtomobili ilə qəza törədərək ölüb – FOTO

Bakıda avtoyuyucu müştərinin avtomobili ilə qəza törədərək ölüb – FOTO

Bakıda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda, “Bakmil” metro stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, avtoyuma məntəqəsinin işçisi “Honda CRV” minik avtomobilini yuduqdan sonra sahibindən icazəsiz şəhərdə idarə etməyə cəhd göstərib. Lakin idarəetməni itirərək yol kənarındakı ağaca çırpıb və hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Keşikçidağ müzakirəsi – hərbi ekspert Emin Həsənli durumu təhlil edir

Musavat.com saytının Facebook və youtube platformalarında həyata keçirdiyi canlı yayın verilişində Keşikçidağda baş verən son …