Cümə , 6 Dekabr 2019
Home » İqtisadiyyat » Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilir

Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilir

İyunun 25-də Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib.  boyukmillet.com verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev hər iki tərəfin işgüzar dairələri arasında baş tutan biznes forumun Azərbaycanın və Monteneqronun iqtisadi əməkdaşlığını daha da genişləndirəcəyini deyib. Nazir qeyd edib ki, Azərbaycan Monteneqroda ən böyük investorlardan biridir. Ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu deyən nazir bildirib ki, məqsəd ticarətin həcmini daha da artırmaq və onun strukturunu şaxələndirməkdir. S.Babayev hər iki ölkənin işgüzar dairələrini qarşılıqlı birgə faydalı layihələri həyata keçirməyə dəvət edib.

Monteneqronun Baş Naziri Duşko Markoviç iki ölkənin iqtisadi əməkdaşlığının ildən-ilə genişləndiyini və biznes forumun bu sahədə növbəti irəliləyişlərə imkan yaradacağını vurğulayıb.

Check Also

“Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə bir sıra ciddi məqamlara diqqət yetirildi” – RƏYLƏR

“Azərbaycanda pensiyanın, minimum əməkhaqqının, müavinətlərin artırılması alıcılıq qabiliyyətini də yüksəldib. Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi …