Bazar ertəsi , 25 Sentyabr 2023

Bakıda çoxmərtəbəli binada yanğın olub, 4 nəfər xilas edilib

Bakıda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb. Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Check Also

Gəncədə evə ildırım düşüb, yanğın baş verib

Gəncədə evə ildırım düşüb, yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar …