Bazar ertəsi , 18 Yanvar 2021
Home » Gündəm » Bakıda dəhşətli hadisə: 3 tibb işçisi öldü

Bakıda dəhşətli hadisə: 3 tibb işçisi öldü

Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 3 nəfər ölüb və 1 nəfər ağır xəsarət alıb.

Boyukmillet.com  xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.Yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbində avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Tahir Əlirzayev və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü T.Məmmədov və digər sərnişin 1999-cu il təvəllüdlü İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağamirzəyevin vəziyyəti isə ağırdır.Qeyd edək ki, yaralanan və ölən 3 nəfər FHN-in Modul Tipli Tibb Mərkəzində tibb işçiləri kimi fəaliyyət göstəriblər. Onlar, həmçinin, Tibb universitetinin tələbələridir.  

Check Also

Türk-rus birgə layihəsi: 60 illik xəyal gerçəkləşir – Varank

“Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk reaktoru 2023-cü ilin sonunda istifadəyə veriləcək və elektrik istehsalına …