Bazar , 11 İyun 2023

Bakıda “Formula-1″ə görə bağlanmış yollar açılıb

Bu gün səhər saat 8:00-dan etibarən Bakı Şəhər Halqası istiqamətində bağlanmış yollar artıq açılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

“Neftçilər prospekti, İstiqlaliyyət və Zərifə Əliyeva küçələri ilə kəsişən bütün yol ayrıclarında maneələr çəkilib, onlar 3 gün ərzində ərazidən götürüləcək. Digər söküntü işləri mərhələli şəkildə aparılacaq”, – DYP rəsmisi vurğulayıb.

Check Also

“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanacaq. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı …