Cümə axşamı , 21 Oktyabr 2021
Home » hava » Bakıda intensiv yağış, dağlıq ərazilərdə sulu qar yağacaq

Bakıda intensiv yağış, dağlıq ərazilərdə sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var, gündüz tədricən kəsiləcək.

Sentyabrın 26-sı səhər şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycan rayonlarında sentyabrın 26-sı gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal-şərq rayonlarında isə güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.

Yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25 m/s, Kürvadisi rayonlarında arabir 30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Check Also

Şənbə gününün hava proqnozu açıqlanıb

Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında …