Çərşənbə , 5 Avqust 2020
Home » Cəmiyyət » Bakıda koronavirusa görə küçələr yuyulur – VİDEO

Bakıda koronavirusa görə küçələr yuyulur – VİDEO

Artıq bir neçə gündür ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında xüsusi Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən xüsusi texnikalar vasitəsi ilə şəhərin küçələrinin yuyulması aparılır. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, bu prosses gündəlik olaraq səhər saat 05:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək keçirilir.

Ötən gün axşam saatlarında paytaxtın Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi rayonlarında keçirilən yuyulma işləri bu səhər yenidən Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi və Səbail rayonlarında davam etdirilib. Bu prosses paytaxtın bütün rayonlarındakı əsas, köməkçi və ara küçə və yolları əhatə edir.

Bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə kommunal və digər aidiyyəti qurumlar tərəfindən dezinfeksiyaedici tədbirlər aparılır.

Check Also

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 109 mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 109 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə Hövsan …