Çərşənbə axşamı , 7 İyul 2020
Son Xəbər
Home » Cəmiyyət » Bakıda polisin restoranda reydi zamanı müştəri özünü 3-cü mərtəbədən atdı

Bakıda polisin restoranda reydi zamanı müştəri özünü 3-cü mərtəbədən atdı

Bakının Xəzər rayonunda polis qeyri-qanuni fəaliyyət göstərən restoranda reyd aparan zaman bədbəxt hadisə baş verib.


Hadisə Türkan qəsəbəsində qeydə alınıb.


Bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə edilib.


Xəzər Rayon Polis İdarəsinin əməkdaşları həmin iaşə obyektini aşkarlayan zaman restoranda olan müştəri, 1977-ci il təvəllüdlü Tağıyev Azad Cəbrayıl oğlu məsuliyyətdən azad olmaq üçün özünü pəncərədən yerə atıb.


O, ağır vəziyyətdə – boyun və ayaq sümüklərinin sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib

Check Also

İsmayıllıda yanğın

İsmayıllıda yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, İsmayıllı rayonunun Sumağallı kəndində ümumi sahəsi 162 …