Şənbə , 8 Noyabr 2025
Drone Cameras

Bakıda qoca kişinin mənzilindən 1500 manat oğurlandı

Bakıda 82 yaşlı kişinin evindən oğurluq edən şəxs saxlanılıb.

Boyukmillet.com-un xəbərinə görə, hadisə fevralın 18-də, paytaxtın Nərimanov rayonu, “Azadlıq” prospekti əzisində qeydə alınıb.

Belə ki, naməlum şəxs 1938-ci il təvəllüdlü O.Şerbakovun mənzilindən onun fikrini yayındıraraq, içərisində 1500 manat olan pulqabını oğurlayıb.

Daha sonra O.Şerbakov Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət edib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rasim Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Metro istifadəçilərinə sevindirici xəbər – Sayı artırılır…

Bu ilin sonunadək 36 qatar tərkibli 180 vaqon fəaliyyətdə olacaq. Bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni …