Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü işini davam etdirəcək

Bu gün Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü işini davam etdirəcək.

Boyukmillet.com xəbər verir ki, toplantıda iştirak edən nazirlər müzakirələrə qatılacaqlar.

Bundan əlavə, görüşdə Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.

Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.

Check Also

Səfir: Misirlə Azərbaycan arasında əlaqələr bundan sonra da möhkəmlənəcək

Misirlə Azərbaycan arasında əlaqələr bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək. Boyukmillet.com xəbər verir ki, bunu …