Çərşənbə , 5 Oktyabr 2022
Home » hadisə » Bakıda tanışını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda tanışını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda tanışını döyərək öldürməkdə təqsirləndirilən Həsən Çəndirlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Boyukmillet.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İlham Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, ötən il sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, 14.09.2021-ci il tarixdə saat 17 radələrində zərərçəkmişin tanışı, 1991-ci təvəllüdlü Həsən Çəndirli şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı Hüseyn Hüseynovun bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib. Nəticədə Hüseyn Hüseynov almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Həsən Çəndirli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Check Also

Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. …