Çərşənbə axşamı , 18 Fevral 2020
Home » Cəmiyyət » Bakıda uşaq oğurluğunda ittiham olunan qadın tapıldı – Rəsmi+ Fotolar

Bakıda uşaq oğurluğunda ittiham olunan qadın tapıldı – Rəsmi+ Fotolar

“Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb”.

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakı şəhər BPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib.

“Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur. Polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılan iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır”, – deyə məlumatda qeyd olunub.

Check Also

Rafael Ağayev göz yaşlarını saxlaya bilmədi – VİDEO/FOTO

Daha əvvəl xəbər verdiyimiz kimi, Azərbaycanın karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael …