Şənbə , 17 Oktyabr 2020
Home » Gündəm » Bakıda və regionlarda ictimai nəqliyyat adi rejimdə fəaliyyət göstərəcək

Bakıda və regionlarda ictimai nəqliyyat adi rejimdə fəaliyyət göstərəcək

Sentyabrın 28-dən “Hərbi vəziyyətin elan edilməsi haqqında” fərmanının icrası ilə bağlı komendant saatı tətbiq olunan Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində Abşeron, Cəbrayıl, Füzuli, Ağcəbədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında sərnişindaşımada fasiləsiz xidmətin təmin edilməsi məqsədilə ictimai nəqliyyatın hərəkətinin adi rejimdə (06:00-00:00) davam etdirilməsi təmin ediləcək.

Bu barədə “Report”a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.

“Bir daha vurğulamaq istərdik ki, hərbi vəziyyətin davam edəcəyi müddətdən asılı olaraq xüsusi hallar da nəzərə alınmaqla ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları ilə bağlı son dəyişikliklər barədə xəbərlər operativ şəkildə ictimaiyyətə təqdim ediləcək. Vətəndaşlardan xahiş edirik ki, məlumatları ancaq rəsmi istinad mənbələrindən əldə etsinlər!”, – məlumatda vurğulanıb. 

Check Also

Hikmət Hacıyev: “Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın barbar hərəkətlərini görsün”

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket …