Çərşənbə axşamı , 9 Avqust 2022
Home » hadisə » Bakıdakı metro terroruna görə ömürlük cəza alan şəxs ƏFV EDİLDİ

Bakıdakı metro terroruna görə ömürlük cəza alan şəxs ƏFV EDİLDİ

Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən Aslanov Azər Məhərrəm oğlu əfv edilib.

Boyukmillet.com  xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamında onun da adı var.

Sərəncama əsasən, A.Aslanov ömürlük azadlıqdan məhrum etmə cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub.

Qeyd edək ki, 1994-cü il iyulun 3-də Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.

1972-ci il təvəllüdlü A.Aslanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Check Also

Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib, ölən var

Şəmkir rayonunun Kür qəsəbəsi Polis Bölməsinin rəisi Bakı-Qazax yolunda qəza törədib. Boyukmillet.com xəbər verir ki, …