Çərşənbə axşamı , 19 Yanvar 2021
Home » Dağlıq Qarabağ münaqişəsi » Balayan Şuşa döyüşündən danışdı: Əfsanəvi əməliyyat… – VİDEO

Balayan Şuşa döyüşündən danışdı: Əfsanəvi əməliyyat… – VİDEO

Ötən müharibədə biz Şuşanı götürəndə Azərbaycan tərəfdən hər hansı bir xəyanətin olmasıyla bağlı bir şey eşitmədim.

Boyukmillet.com  Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu sözləri rus mediasına geniş müsahibəsində Zori Balayanın həkim oglu Qayk Balayan deyib.

“Şuşa niyə təslim oldu? Eşitdiyimə görə, ümumiyyətlə, ora alınmaz qaladır, oranı ancaq təslim etmək olar, çünki hər tərəfi alınmaz qayalarla əhatə olunub. İlk müharibədə də ermənilərin Şuşanı Azərbaycan hərbçilərindən birinin xəyanəti nəticəsində aldıqlarını söyləyirlər…” – bu yönəldici sualla mk.ru-nun jurnalisti Balayanın oğluna müraciət edib.

O, Şuşanın xəyanət nəticəsində verildiyini təkzib edib:

“Bu, əfsanəvi əməliyyat idi. Sizə səmimi deyirəm. Mən Hadrut yüksəkliklərində idim və hər şeyi öz gözlərimlə görürdüm. Heç cür başa düşə bilmirəm ki, azərbaycanlılar bu yüksəklikləri necə ala bildilər.

Hərbi mütəxəssis deyiləm. Yəqin ki, azərbaycanlılar bu cür dağ əməliyyatlarına sadəcə yaxşı hazırlaşmışdılar. Çünki Şuşaya hücum edəndə topçularımız onların üzərində çox yaxşı işləyirdi. Ancaq yenə də irəliləyirdilər. Ölənlərin yerini yüzlərlə, minlərlə yenisi tutur və onlar heç cür bitib-tükənmirdilər”.

Qeyd edək ki, Mk.ru-nun yazdığına görə, Qalik Balayan Ermənistanda tanınmış cərrahdır. 43 yaşı var. Müharibə başlayandan 4 gün sonra Qarabağa, hərbi xidmətdə olan oğlu Zori Balayanın yanına gedib, bir neçə gün Xankəndidə həkim kimi xidmət edib, sonradan isə əlinə silah alaraq müharibə bitənə kimi oğluyla birgə döyüşüb. Oğlu döyüşdə yaralanıb. Beyin silkələnməsi keçirib və təhlükəsiz yaralar alıb. Hazırda sağdır. Atasıyla birgə İrəvandadır.

Check Also

Füzulidə minaya düşən mülki şəxs vəfat edib

Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu …