Bazar ertəsi , 14 Oktyabr 2024
Drone Cameras

Baş nazir: Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir edəcək resursları yoxdur

Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir göstərə biləcək resursları yoxdur, amma başqa qüvvələrin buna gücü çatır.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, builki seçkilərin görünməmiş kənar müdaxilə fonunda keçirilməsi çox təəssüf doğurur. Bu da seçki prinsiplərinin kobud şəkildə pozulmasıdır.

“Çox təəssüf ki, minlərlə təhdid, şantaj eşidirik. Bütün bunların bir səbəbi var – Gürcüstan ikinci cəbhəni açmayıb ki, bu da bəzi konkret insanları əsəbləşdirir. Onlar ümid edirlər ki, seçkilərdən sonra ikinci cəbhə açmaq üçün yenə də öz agentlərini hakimiyyətə qaytara biləcəklər. Gürcüstan cəmiyyəti qanlı rejimin müəlliflərini hakimiyyətə qaytarmayacaq”, – deyə İrakli Kobaxidze bildirib.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …