Bazar ertəsi , 23 Noyabr 2020
Home » Cəmiyyət » Baş Prokurorluq: Həlak olan mülki şəxslərin sayı 63-ə çatdı

Baş Prokurorluq: Həlak olan mülki şəxslərin sayı 63-ə çatdı

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 mülki şəxs qətlə yetirilib, 292 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 386, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 981-dir.

Check Also

Azərbaycanlı alimin COVID-19-a aid tədqiqatı nüfuzlu jurnalda dərc olunub

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran …