Cümə , 20 İyun 2025
Drone Cameras

Baş Prokurorluq Koçaryanın qanunsuz yolla əldə etdiyi əmlakın müsadirə edilməsini tələb edib

Ermənistan Baş Prokurorluğu ikinci prezident Robert Koçaryanın qanunsuz əmlakının və onunla əlaqəli şəxslərin 22 daşınmaz əmlakının, 15 müxtəlif şirkətdəki payların müsadirə edilməsini tələb edir.

Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə baş prokuror Anna Vardapetyan parlamentində bildirib.

“İş üzrə cavabdehlər Robert və Bella Koçaryanlar, Sedrak Koçaryan və Zarui Badalyan, Levon və Siranuş Koçaryanlar, Qayane Koçaryan və Vigen Çatinyandır. Prokurorluq Ermənistanın maraqları naminə 985 milyon dram (2,5 milyon dollar) məbləğində istiqraz, 1,4 milyon dollardan çox məbləğdə bank əmanətləri, 4 milyon dollardan çox məbləğdə kreditlər üzrə tələb hüquqları, 8,3 milyard dram, 260 milyon rubl və təxminən 590 min avro, iki nəqliyyat vasitəsi və s.-nin müsadirə edilməsini tələb edir”, – o bildirib.

Check Also

İran İsrailə zərbələrin dayandırılması üçün şərtləri açıqlayıb

İranın zərbələri yalnız İsrail “cəzalandırıldıqda” və respublikaya təzminat ödədikdə dayandırılacaq. Boyukmillet.com IRNA agentliyinə istinadən xəbər …