Bazar ertəsi , 12 Aprel 2021
Home » Cəmiyyət » Baş redaktor qardaşının həbsindən yazdı: “Nəfsimizə görə ittihamı qəbul etmirik”

Baş redaktor qardaşının həbsindən yazdı: “Nəfsimizə görə ittihamı qəbul etmirik”

“Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev həbs edilən qardaşı Rasim Quliyevlə bağlı yaşananlara münasibət bildirib.

Boyukmillet.com həmin mövqe yazısını təqdim edir:

“Əziz dostlar, iki gündür mən də ürəyim, idealım, canım, qardaşım Rasim Quliyevin həbsinə görə şokdayam. İnanmazdım ki, bu qədər ləyaqətli, təmiz, gözütox, imanlı, vətənpərvər, dövlətçi, nümunəvi bir insan həbs olunar və həm də dövlətçilik naminə heç bir xidməti nəzərə alınmadan. Tanıyanlar bilir ki, biz 90- cı illərin Xalq hərəkatından gəlmişik, dövlətçilik uğrunda çox çətinliklər, türmələr görmüşük amma nəfsimizə görə ittihamı qəbul etmirik. Amma heç kim şərdən sığortalanmayıb. Mən bu həbsin detalları və məzmunu ilə tanışam. Əminəm ki, tezliklə əsil cinayətkarlar ortaya çıxacaq, haqq ədalət öz yerini tapacaq. Hamının ürəyi sakit olsun ki, biz nə rüşvəxor, nə də korrupsioner deyilik. Qardaşımı tanıyanlar və tanımayanların sosial şəbəkələrdə, saytlarda yazıb dəstəkləyirlər. Nə qədər zənglər olur mənə çoxsaylı dostların narahat olduğunun şahidi oldum, Rasimin bu illərdə nə qədər hörmət, nüfuz qazandığını bir daha anladım.


Qardaşımda iman, Allah sevgisi o qədər güclüdür ki, hər qəpiyin o dünyada haqq-hesabını verəcəyini bildiyi üçün heç kim görmədən, bilmədən həmişə xeyirxahlıqla məşğul olub, heç vaxt ailəsinə haram tikə aparmayıb. Bizi tanıyanlar bilir ki, biz üç qardaş və bacılarım bir həyətdə və sadə Azərbaycan vətəndaşlarının orta yaşayış həddində yaşayırıq. Bu gün də hər şeyə görə Allahımıza şükür edirik.
Bizim üçün narahat olanlara, biz tanımadan haqqın tərəfində duranlara dərin təşəkkürümü bildirirəm. Mən qardaşımın sonsuz minnətdarlığını sizə çatdırıram. Tezliklə Rasim Quliyev Sizlərlə olacaq, İnşallah. Mən qardaşımla fəxr edirəm!”

Check Also

Sidqi Mustafayev COVID-19-dan vəfat edib

“İRS” folklor ansamblınnın bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev vəfat edib. Boyukmillet.com  xəbər verir …