Bazar , 8 Dekabr 2019
Home » Gündəm » Bayrağımız tərsinə qoyuldu, nazir düzəltdi

Bayrağımız tərsinə qoyuldu, nazir düzəltdi

Bu gün Türkiyənin Ordu şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə tədbir keçirilib. 
Tədbirdə hər üç ölkənin fındıqçılarının gələcək fəaliyyəti və əməkdaşlığı müzakirə edilib.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun da qatıldığı tədbirdə diqqətçəkən hadisə yaşanıb.
Belə ki, nazir qarşısındakı Azərbaycan bayrağının tərsinə qoyulduğunu görərək dərhal onu düzəldib.

Nazirin bu addımı bir sıra media qurumlarının diqqətindən yayınmayıb.
Qeyd edək ki, rəsmi görüş və tədbirlərdə asılan və yaxud qoyulan bayraqlarla bağlı öhdəlikləri tədbirin keçirildiyi dövlətin protokol şöbəsi məsuliyyət daşıyır.
Tədbir zamanı lentə alınan görüntüləri diqqətinizə çatdırırıq:

Check Also

Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib – SƏRƏNCAM

boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev M.A.Əliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam …