Şənbə , 13 Avqust 2022
Home » Cəmiyyət » Belarusdan gətirilən dondurulmuş toyuq məhsullarında salmonella aşkarlanıb

Belarusdan gətirilən dondurulmuş toyuq məhsullarında salmonella aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Boyukmillet.com xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən “Caspian Catering Supply” MMC tərəfindən Belarusdan ölkəmizə idxal edilən 19.99 ton dondurulmuş toyuq əti məhsuluna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 15.12.2020-ci il tarixində istehsal edilən dondurulmuş toyuq məhsulları partiyasında (2.5 ton) salmonella aşkarlanıb.

Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Check Also

Zaqatalada “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub

Avqustun 11-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin …