Bazar ertəsi , 3 Oktyabr 2022
Home » Siyasət » Belçikadakı səfirimizdən erməni radikalların mümkün hücumuna dair – Xəbərdarlıq

Belçikadakı səfirimizdən erməni radikalların mümkün hücumuna dair – Xəbərdarlıq

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov ermənilərin səfirliyimizə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə səfir öz tvitter səhifəsində yazıb.

“Bu gün Brüsseldəki erməni diasporunun radikalları Avropa Parlamenti qarşısında baş tutacaq mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar. Avropanın mərkəzində diplomatik missiyaya ermənilərin daha bir zorakı hücumuna qarşı səsinizi ucaldın”, – o vurğulayıb.

Səfir qeyd edib ki, bu həftə erməni radikalların Azərbaycan səfirliklərinə hücumunda məqsəd Aİ tərəfindən Qafqaz regionunda sabitliyə yönələn sülh prosesinə mane olmaqdır. Brüsseldə erməni diasporunun radikallarını dayandırın”

Xatırladaq ki, sentyabrın 18-də bir neçə radikal erməni qrup Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına üzvünün zorla daxil olmağa cəhd ediblər. İnsident nəticəsində inzibati binaya və ətraf əraziyə maddi ziyan dəyib.

Check Also

Samir Adıgözəlli:”Rusiyanın istənilən qonşu ölkədə kifayət qədər agentura şəbəkəsi var. “

 “Hazırda Risiyanın xüsusi xidmət orqanlarının fəaliyyətinə daha çox ölkənin daxilində ehtiyac var, nəinki xaricdə” Rusiya …