Cümə axşamı , 23 Mart 2023

Belkıs Yakıcı: Azərbaycanda keçiriləcək parlament seçkiləri cəmiyyətin siyasi həyatına yeni rəng qatacaq

Azərbaycanda müasirləşmə istiqamətində böyük addımlar atılıb. Prezident İlham Əliyevin apardığı son islahatlar müasirləşmənin tərkib hissəsidir.

Bu fikirləri Boyukmillet.com-a açıqlamasında Türkiyə-Azərbaycan İş və Məslək Sahibi Qadınlar Dərnəyinin sədri Belkıs Yakıcı bildirib.

O qeyd edib ki, Azərbaycan tam sabit və təhlükəsiz ölkədir. Xarici iş adamlarının ölkəyə investisiya yatırması üçün dövlət tərəfindən bütün imkanlar yaradılıb.

Azərbaycanda keçiriləcək parlament seçkilərinin cəmiyyətin siyasi həyatına yeni rəng qatacağını vurğulayan Belkıs Yakıcı deyib ki, Azərbaycan dünyadakı siyasi nüfuzunu artırır. Parlament seçkilərində qadın namizədlərin sayının artması sevindirici haldır. O diqqətə çatdırıb ki, gələcəkdə sahibkar qadınların parlamentdə çoxluq təşkil etməsi Azərbaycanın ticarət əlaqələrini daha da genişləndirə bilər.

“Mənim rəhbərlik etdiyim dərnəkdəki qadın sahibkarların Azərbaycanla bağlı investisiya maraqları böyükdür. İnvestisiya yatırmaq üçün Azərbaycanda geniş imkanlar mövcuddur”, – deyə o əlavə edib.

B.Yakıcı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar Azərbaycanın dünyadakı nüfuzunu daha da möhkəmləndirir, ölkənin iqtisadi imkanlarını genişləndirir.

Check Also

Araşdırmaçı-yazar Dr.Dərya Akdəmir deputatlığa namized oldu

Türk dünyasının və Azərbaycanın yaxından tanıdığı araştırmacı – yazar qardaş ölkədə 14 mayda keçiriləcək parlament …