Şənbə , 21 Sentyabr 2019
Home » Siyasət » Bilal Dündar: Tarix boyu qana doymayan ermənilər sabitliyin təmin olunmasına imkan vermirlər

Bilal Dündar: Tarix boyu qana doymayan ermənilər sabitliyin təmin olunmasına imkan vermirlər

Yüz illərdi türk xalqlarının mehriban qonşuluq siyasətindən istifadə edən ermənilər daim bu coğrafiyada qətliamlar ediblər. Birinci dünya müharibəsi zamanında Osmanlı imperiyasının süqutundan istifadə edən erməni terrorçuları bu ərazidə yaşayan müxtəlif xalqlara qarşı amansız vəhşiliklər törədiblər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib.

O qeyd edib ki, sonrakı dövlərdə də analoji terror azərbaycanlılara qarşı edilib. Dağlıq Qarabağ ərazisində Xocalı rayonunda erməni cinayətkarları tərəfindən törədilən soyqırımı dünya tarixinin ən böyük vəhşiliyidir. B.Dündarın sözlərinə görə, Xocalıda və Dağlıq Qarabağın müxtəlif şəhər və rayonlarında baş verən cinayətlərin həyata keçirilməsində ASALA terror təşkilatının bir nömrəli qatilləri iştirak edirdi. Həmin cinayətkarlar 1980-ci illərdə dünyanın fərqli ölkələrində onlarla türkiyəli diplomatı qətlə yetirdi.

Federasiya sədri əlavə edib ki, Türkiyə və Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunması üçün çalışsa da, erməni təxribatı bu gündə davam edir. Bilal Dündar qeyd edib ki, Yerevanda terrorçu Soqomon Tehrleryanın heykəlinin ayaqları altında Tələt Paşanın kəsik başını qoyan ermənilər gələcək nəslə türk düşmənçiliyini təbliğ edirlər.

B.Dündar vurğulayıb ki, tarix boyu münaqişələrə və qana doymayan ermənilər sülh və sabitliyin təmin olunmasına imkan vermirlər.

Check Also

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib – YENİLƏNDİ

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib. …