Cümə , 22 Noyabr 2019
Home » Dünya » Binəqədidə yanmış məşhur alkoponlu binanın fəsadlarını sakinlər hələ də yaşayır

Binəqədidə yanmış məşhur alkoponlu binanın fəsadlarını sakinlər hələ də yaşayır

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Paşa Dadaşov 71, mənzil 176 yaşayan Quliyev Böyükağa Məmmədağa oğlu redaksiyamıza müraciət edərək, yaşadıqları ərazidə vəziyyətin acınacaqlı olduğunu bildirib.

Biz şikayətçinin dəvəti ilə deyilən ərazidə olduq. Həmin ərazidə yaşayan sakinlərlə görüşdük. Onlar bildirdilər ki, hər ay 1 saylı MİS onlardan bloklarda təmizlik üçün pul yığsa da, heç adi kosmetik təmir işi aparmır. Biz sözügedən binanın giriş bloklarında vəziyyətin acinacaqlı olduğunun şahidi olduq. Böyükağa Quliyev bildirdi ki, şəxsən bu məsələ ilə bağlı şəxsən “RJU” -nun rəisi Vəli müəllimin yanında olub: “Mənə dedi ki, 200 blokda belə işlər aparılmalıdır, növbə çatan kimi edəcəyik. Ancaq görünən budur ki, məni aldadıblar. Binanın istilik sistemi də mərkəzləşmişdi, ancaq 10 ildir ki, normal istiliklə təmin olunmuruq. Kim su çənlərini hara istəyir, ora da qoyur”. Şikayətçi bizə binanın ətrafında olan bir yaşıllıq ərazini göstərdi və dedi ki, həmin yeri də zəbt edib, “obyekt” tikmək istəyirlər: ” Həmin yerdə ağacların bir hissəsini kəsib, yerində Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Qəzənfər Novruzov özünə ticarət obyekti tikdi. Sonra həmin adamı həbs etdilər. İndi azad olunub, gəlib bağın qalan hissəsini də zəbt etmək istəyirlər. Cənab Prezident deyir ağaçlar kəsilməsin, içtimai nəzarət güclənsin, amma təəssüflər olsun ki, Binəqədi rayonunda buna məhəl qoyan yoxdur. Bu acınacaqlı vəziyyətlə bağlı şikayət etmədiyim instansiya qalmayıb. Xahiş edirəm, bizim haqq səsimizi siz yuxarılara çatdırın”.

Şikayətçi sonra bizə həmin ərazidə olan ATS-in qabağındakı yolun bir şirkət tərəfindən kəsildiyini göstərdi: ” Bu problomə də əncam çəkmirlər. Bütün bu ərazidə yaşayan uşaqlar bu yolla keçib məktəbə gedirlər. Ancaq yol zəbt edilib. Bir neçə dəfə uşaqları maşın vurub. Mənim şikayətlərimə cavab olaraq bildirirlər ki, həmin yerdəki vaqonlarda yanan binanı təmir edən fəhlələr yaşayıb. Məşhur “alkaponlu binada” təmir xeyli müddət əvvəl bitibsə, niyə vaqonları götürmürlər? Görünür, o ərazi də kiməsə satılıb”. Şikayətçi həmin ərazidə düz yolun ortasında tikilən yarımçıq tikilini göstərdi: “Baxın, həmin binanı da ağacları kəsıb tikiblər. 3 mərtəbəli qanunsuz tikili 10 ildir ki, yarımçıq qalıb. Bunu söküb, yerini əvvəlki kimi ağaçlıq etmək olar”.

Ərazidən olunan şikayətlə bağlı çəkdiyimiz fotoları təqdim edirik:

Məhəmmədəli QƏRİBLİ

Check Also

“Yeni Yasamal”da avtobus dayanacağını zəbt edən kimdir? – FOTO

Paytaxtın “Yeni Yasamal” ərazisində yaşayan bir qrup vətəndaş “Azinforum”a müraciət edərək , həmin məhəllədəki “Bizim …