Bazar ertəsi , 27 Sentyabr 2021
Home » Mədəniyyət » “Bir zamanlar Kıbrıs” serialı yeni adla ekranlara gələcək – FOTO

“Bir zamanlar Kıbrıs” serialı yeni adla ekranlara gələcək – FOTO

“Bir zamanlar Kıbrıs” serialının ikinci sezonu üçün çəkilişlərinə başlanıb.

Boyukmillet.com xəbər verir ki, bar rollarını Ahmet Kural, Serkan Çayoğlu, Pelin Karahan, Tayanç Ayaydın, Gülper Özdemir və Devrim Saltoğlunun oynadığı ilk sezonu  “Bir zamanlar Kıbrıs” olaraq yayımlanan serial ikinci sezonunda “Kıbrıs zəfərə doğru adıyla TRT1-də ekranla gələcək.

TRT-dən verilən açıqlamaya görə Kıbrısın Çanaqqala dastanı olaraq tarixə düşən “Erenköy dirənişi”ni əks etdirən, yeni sezonda “Kıbrıs zəfərə doğru” adı ilə tamaşaçılarla görüşə gələn serialın çəkilişləri Kıbrısda başlayıb.

Yeni bölümlərdə Erenköy dirənişinin bütün gerçəkliyi və çarpıcılığı ekrana yansıyacaq. Ankara, İstanbul və İngiltərədən vətənlərini müdafiə etmək üçün universitet təhsillərini yarıda buraxıb vətənə dönən kıbrıslı tələbələrin və mücahidlərin dastanlara sığacaq müqaviməti ilə yanaşı, aktyor Kemal Uçarın canladırdığı Türkiyənin ilk hərbi pilot şəhidi yüzbaşı Cengiz Topelin ürəkləri dağlayan tarixə keçmiş hekayəsi tamaşaçılarla buluşacaq.

Gənc aktyor Mehmet Aykaç (Erdil), Tekin Temel (Ali Rıza Vuruşkan), Musab Ekici (Kurtcebe) və Metin Büktel isə (Jurnalist) rolu ilə serialın çəkiliş qrupuna daxil olub.

İstehsalı “TMC Film” aid, prodüseri Erol Avcı, rejissorluğu Osman Taşçı və Barış Erçetin, ssenari müəllifləri Emre Özdür və Başar Başaran olan “Kıbrıs zafərə doğru” serialı yeni sezonda TRT 1 ekranlarında olacaq. 

Check Also

Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənib

Gələn il İtaliyada keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib. İctimai Televiziya və Radio Yayımları …