Bazar ertəsi , 6 Fevral 2023

Biz, Gözələ Gözəl, Doğruya Doğru, Yaxşıya da yaxşı deməyi bacarırıq

Bu gün Diaspor Fəalliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin Azərbaycanın Fransada lobbiçiliyinə töhfə verən könüllü layihə həyata keçirəcəkləri haqqında postunu oxudum. Bu başdan deyim, postda qaldırılan məsələlər ürəyimcədir. Fuad Hüseynzadənin həmin postuna yorum da yazıb təşəkkürümü bildirdim. Yazdığım yorumu bəzi dəyişiklərlə öz statusumda paylaşıram.
-Tam 15 ildir mən bunu deyirəm. Azərbaycan həqiqətlərini, tarixini özündə əks etdirən kitablar ingilis, fransız, alman dillərinə tərcümə etdirilib, nəşr olunub Amerika, Fransa, Almaniya Bundestaqının senatlarına öz dillərində paylanmalıdır. Əsas şərtlərdən biri də kitablar elə həmin ölkələrdə nəşr edilməlidir. Diasporla iş üzrə Dövlət komitəsinin sədri Fuad Muradova dəfələrlə səsləndik, mətbuatda yazılar yazdıq ki bayraq yelləməklə heç nəyə nail olmayacaqsan. Sözümüzə baxmadı, öz bildiyini elədi. Çünki bu adamın diasporaçılıqla, lobbiçiliklə heç bir əlaqəsi yoxdur. Nəticə etibarı ilə Fuad Muradov Azərbaycanı,DLövlətini, Prezidentini qarşılıqsız sevənləri vurmaqla məşğul oldu. Özünün şərik olduğu DİASPORLARA gah “Nooldu Paşinyan” ı oynatdı, gah da bayraq yellətməklə işini bitmiş hesab etdi. Fuad Muradovun Avropadakı diasporlarında Mayisə Agamirzəyeva Gundogdu istisna olmaqla başqa heç biri bir şeyə yaramayan diasporlardı, əgər onlara diaspora demək olarsa. Onlara Azərbaycanı dəstəkləyən diaspora yox, Azərbaycanın əleyhinə çalışan diasporalar desək daha doöru olar. Mitində “Nooldu Paşinyan” ı oynayan, çıxışlarında “Azərbaycana qarşı ədalətsiz olmaq lazımdır” deyən diasporaları başqa nə ad vermək olar, bilmirəm. Bəlkə elə AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİnin başabəla sədri Fuad Muradov şərik olduğu diasporalarına məqsədyönlü şəkildə belə göstəriş verir. Onlar da yerinə yetirir. Nə bilmək olar, bəlkə də elə fikirləşdiyimiz kimidir?
20 ildən çoxdur ki biz fond olaraq bu işlə məşğul oluruq. Bu günə kimi 140 kitabı öz vəsaitimizlə tərcümə etdirib, nəşr edib pulsuz yaymışıq. Hətta Qırğızıstan Parlamentin bütün deputatlarına siyahı ilə, imzaladaraq kitab vermişik. Bunun da müsbət nəticəsini görmüşük. Belə ki 2009 cu ildə Qırğızıstan Parlamentinin üzvlərinin Joqorku Keneşin birinci vitse- spikeri Çolpon Bayekovanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini təşkil etmişdik. 2009 cu il mart ayının 13 də bizi Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyev qəbul etmişdi. Görüş zamanı Biz Prezident İlham Əliyevə Bişkekdə nəşr etdurduyumiz kitablardan hədiyyə etdik. O zaman xanım Çolpon Bayekova Prezidentə dedi ki biz bir dindən, soydan olsaq da elə bilirdik ki siz erməniləri qırmısınız. Bu kitabları oxuyandan sonra sizin başınıza gətirilən müsubətlərdən xəbərdar olduq. Belə kitablar hər yedə tərcümə edilib nəşr edilib yayılmalıdır ki hamı bilsin Azərbaycanlıların başına gətirilən faciələri. O zaman doğru yolda olduğumuzu başa düşdük və fəaliyyətimizi tam bu istiqamətə yonəltdik. Onu da qeyd edim ki biz fond olaraq həm də xalq diplomatiyası ilə də məşğuluq. Belə ki 2008 ci ildə Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun başçılıq etdiyi nümayəndə heyətini, daha sonra SSRİ xalq artisti Bolot Şamşiyevin başçılıq etdiyi və başqalarının Azərbaycana səfərini təşkil etmişik. Təəssüf ki bəzi pultla idarə olunan jurnalistlər bizi gözdən salmağa çalışıblar. Sevindirici haldır ki onlar heç nəyə nail olmayıblar. Biz isə İstədiyimiz hədəfə çatmışıq. Sizə, hörmətli Fuad Hüseynzadə, başlatdığınız bu işinizdə uğurlar arzu edirəm. Seçdiyiniz bu yol Doğru yoldur.

Nüsrət Məmmədov

Check Also

İzmirdə Azərbaycanın İrandakı səfirliyinə edilən hücuma etiraz olaraq aksiya keçirilib

Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücumla bağlı Türkiyənin İzmir şəhərində etiraz aksiyası keçirilib. Boyukmillet.com xəbər …