Bazar ertəsi , 2 Oktyabr 2023

BMT Baş katibi dünyanı irqçiliyə qarşı mübarizəyə səsləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş dünya ölkələrini irqçiliyə qarşı mübarizəyə səsləyib.

Boyukmillet.com xəbər verir ki, BMT Baş katibi bu barədə tviterdəki hesabında yazıb.

“İrqçilik bütün cəmiyyətlərdə icmaları, sosial strukturları və gündəlik həyatı zəhərləyir.

Hamı üçün sülh, ləyaqət, fürsət dünyası qurmaq üçün danışmaq və hərəkətə keçməyin vaxtıdır.

Gəlin birlikdə irqçiliyə qarşı mübarizə aparaq”, – Antonio Quterreş qeyd edib.

Check Also

Türkiyə Silahlı Qüvvələri bu il 991 terrorçunu məhv edib

“Suriyada sabitliyin ən yaxın gələcəkdə təmin olunması üçün fəaliyyətimizi davam etdiririk”. Boyukmillet.com xəbər verir ki, bu …