Bazar ertəsi , 6 Fevral 2023

BMT-nin Bakıdakı nümayəndəliyi İnsan Hüquqları Gününün 75 illiyi ilə bağlı kampaniya elan edib

BMT-nin Azərbaycandakı nümayəndəliyi İnsan Hüquqları Gününün 75-ci ildönümü münasibətilə xüsusi illik kampaniya elan edib.

Boyukmillet.com xəbər verir ki, bunu BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Guido Ambroso İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümü 2023-cü il dekabrın 10-da qeyd olunacaq.

Onun sözlərinə görə, bu kampaniya bütün dünyada aparılır.

Guido Ambroso bildirib ki, BMT tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dünyada müxtəlif dillərə ən çox tərcümə edilmiş və bütün sahələrdə insanları birləşdirən çox mühüm sənəddir. O qeyd edib ki, bərabərlik məsələsi BMT-nin Davamlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə daxil edilib.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi İkinci Dünya Müharibəsinin bitməsindən 3 il sonra BMT tərəfindən qəbul edilib və cinsindən, yaşından, irqindən və digər fərqlərindən asılı olmayaraq bütün dünyada insan hüquqlarının, onların azadlığının, bərabərliyinin təşviqinə töhfə verir.

Check Also

Britaniya səfiri “Atəşgah məbədi”ni ziyarət edib

“Əbədi odlar diyarı Abşeron yarımadası həqiqətən qədim tarixə malikdir”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük …