Bazar ertəsi , 25 Sentyabr 2023

Bolqarıstanın Qara dəniz sahilinə PUA düşüb

Bolqarıstanın Qara dəniz sahilində yerləşən Tyulenovo kəndi yaxınlığında üzərinə 82 mm-lik mina quraşdırılmış pilotsuz uçuş aparatı (PUA) tapılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Bolqarıstanın Milli Radiosu məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı hoteldən olan turistlər, ümumilikdə 30-a yaxın adam təxliyə edilib.

Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin istehkamçılar komandası hadisə yerinə yola düşüb.

Check Also

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var. Boyukmillet.com xəbər verir ki, hadisə Ərzurum …