Şənbə , 15 Noyabr 2025
Drone Cameras

Britaniya tarixində telefon qaçaqmalçılığına qarşı ən böyük əməliyyat keçirilib

Londonda Britaniyadan Çinə 40 minə qədər oğurlanmış smartfonun qaçaqmalçılığında şübhəli bilinən cinayətkar şəbəkənin 50-yə yaxın üzvü həbs edilib.

Bu barədə Boyukmillet.com “Sky News”a istinadən xəbər verir.

Araşdırma ötən ilin dekabrında başlayıb. Hitrou hava limanı yaxınlığındakı bir anbar məntəqəsində Honq Konqa göndərilmək üçün nəzərdə tutulan 1 000 smartfon yerləşdirilmiş qutu aşkar edilib. Demək olar ki, bütün cihazlar oğurlanmış olub.

Bundan sonra əməliyyat keçirilib və şübhəlilər izlənib.

“Sky News”in məlumatına görə, bu, Britaniya tarixində telefon oğurluğuna qarşı həyata keçirilmiş ən böyük əməliyyatdır.

Əməliyyatın iki həftəsi ərzində ümumilikdə 46 nəfər həbs edilib və istintaq tədbirləri davam edir.

Check Also

8 ölkə ukraynaya ABŞ silahı üçün 500 milyon dollar ayırdı

Şimali Avropa və Baltik regionu ölkələri- Finlandiya, Danimarka, Estoniya, İslandiya, Latviya, Litva, Norveç və İsveç  …