Bazar , 20 İyul 2025
Drone Cameras

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

Bu gün Brüsseldə ədalətli və rəqabətli “yaşıl keçid”ə nail olmaq barədə məsələlərin müzakirə olunacağı “Avropa Dayanıqlı Enerji Həftəsi 2025” (“EUSEW2025”) öz işinə başlayır.

“Report”un Avropa bürosunun məlumatına görə, həftə boyu Avropanın siyasi paytaxtında Avropa Komissiyasının təşkilatçılığı ilə müxtəlif tədbirlər, o cümlədən Beynəlxalq Enerji Agentliyinin (IEA) enerji səmərəliliyi üzrə 10-cu illik Qlobal konfransı keçiriləcək.

Konfransın iştirakçıları arasında energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də var. Eyni zamanda nazir konfransda çıxış edəcək.

Eyni zamanda, bu həftə P.Şahbazov və Avropa İttifaqının (Aİ) enerji üzrə komissarı Dan Yorgensen Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi çərçivəsində görüşəcəklər. Bu isə ənənəvi olaraq Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə Məşvərət Şuraları çərçivəsində keçirilən görüşün davamı olacaq.

Görüşdə Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafı, həmçinin “təmiz enerji”yə keçid, o cümlədən bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və metan emissiyaları sahəsində bir sıra məsələlər müzakirə olunacaq.

Check Also

Çinlə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatına dair Saziş imzalanıb

Energetika Nazirliyi Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə Azərbaycanın elektrik …