Çərşənbə , 25 May 2022
Home » Xarici siyasət » Bu gün İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq

Bu gün İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Görüş Türkiyənin Rizə şəhərində keçiriləcək. Dövlət başçıları Rizə-Artvin hava limanının açılış mərasimində iştirak etdikdən sonra bir araya gələcəklər.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək. Azərbaycan və Türkiyə prezidentləri Rizə-Artvin hava limanının açılış mərasimində iştirak edəcək. Hava limanına ilk enişi İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təyyarələri edəcək.

Check Also

İraqda cəzaçəkmə müəssisəsində saxlanılan 2 uşaq Azərbaycana gətirilib

Mayın 25-də İraqın cəzaçəkmə müəssisəsində saxlanılan və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilmiş 2 uşağın Bağdad-İstanbul-Bakı …