Çərşənbə axşamı , 20 Oktyabr 2020
Home » İqtisadiyyat » Bu il Gürcüstan Azərbaycandan 500 tona yaxın çay alıb

Bu il Gürcüstan Azərbaycandan 500 tona yaxın çay alıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 3 milyon ABŞ dolları dəyərində 489,5 ton çay idxal edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkə Azərbaycandan çay tədarükünü 6,4 ton artırıb.

Hesabat dövründə Azərbaycan da Gürcüstandan çay idxal edib. Məhsulun həcmi 167,5 ton, dəyəri isə 1,2 milyon ABŞ dolları olub. 

Check Also

Azərbaycanın dövlət büdcəsinin kəsiri 700 milyon manata yaxınlaşıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 964,5 milyon manat, xərcləri isə 18 642,1 milyon …