Bazar ertəsi , 20 Mart 2023

Bu ölkənin əks-kəşfiyyat rəhbəri Rusiya casusu çıxdı

Belçika əks-kəşfiyyatının rəhbəri Klement bir neçə həftə öncə müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb.

Bu məlumatı Belçika mətbuatı yayıb. Məlumata görə, əks-kəşfiyyat rəhbəri Rusiyaya xidmətdə ittiham olunur.

Bununla belə skandalın ölkənin hərbi kəşfiyyatı və əks-kəşfiyyatı arasında olan qarşıdurma ilə əlaqədar olduğu bildirilib.

Əks-kəşfiyyat rəhbəri isə ittihamları rədd edib.

Qeyd edək ki, Belçika kəşfiyyatının məlumatına görə, Brüsseldə aktiv agentura fəaliyyəti ilə Çin, Rusiya, ABŞ və Mərakeş məşğul olur. Çinin AB-də 250, Rusiyanın isə 200 casusunun olduğu güman edilir. (axar.az)

Check Also

Keçmiş Mədəniyyət naziri Anar Kərimovun kadrı Səxavət…

Ağdaş Regional Mədəniyyət idarəsi Ağdaş, Ucar, Göyçay, Zərdab rayonlarındakı mədəniyyət obyektlərinə nəzarəti həyata keçirtməli olan …