Bazar ertəsi , 20 Mart 2023

“Bundan sonra da Azərbaycanı bütün dünyada müdafiə edəcəyəm” – Çavuşoğlu

“Prezident İlham Əliyevin “Dostluq” ordenini mənə təqdim etməsi sürpriz oldu. Azərbaycan Prezidentinə bir daha təşəkkür edirəm”.

Boyukmillet.com xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu deyib.

“Prezident İlham Əliyev iki ölkənin münasibətlərinə verdiyim töhfələrə görə, bu ordeni mənə təqdim etdi. Hər iki ölkə bir-birini müdafiə edir. Azərbaycan bizim olmadığımız yerlərdə Türkiyənin haqqını bizim qədər müdafiə edir. Siyasi fəaliyyətimdə bundan sonra da ömrüm boyu qardaş Azərbaycanın haqq işini bütün dünyada müdafiə edəcəyəm”, – deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu “Dostluq” ordeni ilə təltif edilib.

Check Also

DAK həmsədri: “İranda bütün xalqları birləşdirəcək ideologiya mövcud deyil və bir daha olmayacaq”

İkinci Dünya Müharibəsindən sonra formalaşan dünya düzəni artıq mövcud deyil. Dünyanın fevralın 24-dən, yəni Rusiyanın …